Hindistan hərbçiləri Kəşmiri top atəşinə tutub: 6 nəfər ölüb, 26 nəfər yaralanıb
Digər ölkələr
- 22 sentyabr, 2017
- 11:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 22 sentyabr. REPORT.AZ/ Hindistan hərbçilərinin Pakistanın nəzarəti altında olan Kəşmir və Cammu bölgəsini top atəşinə tutuması nəticəsində 6 nəfər ölüb, 26 nəfər yaralanıb.
“Report” TRT-yə istinadən xəbər verir ki, bu haqda Pakistan Müdafiə Ordusu məlumat yayıb.
İnformasiyaya əsasən, ölənlərdən 4-ü qadın, yaralananlardan isə 15-i qadın, 5-i uşaqdır.
Pakistan hərbçiləri atəşə cavab veriblər.
Qeyd edək ki, 2003-cü ildə Hindistanla Pakistan arasında atəşkəs əldə edilib. Ancaq ötən müddət ərzində atəşkəsin pozulduğu haqda məlumatlar yayılıb. Tərəflər bir-birini atəşkəs rejimini pozmaqda ittiham edir.
1947-ci ildən indiyədək Cammu və Kəşmirdəki münaqişə nəticəsində 70 min nəfər ölüb.
Son xəbərlər
09:04
Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib
Futbol
09:02
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (20.10.2026)
Maliyyə
09:00
UEFA Çempionlar Liqası: "Sabah" bu gün Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək
Futbol
08:53
Qazaxıstan və Serbiya hərbi-texniki əməkdaşlıq barədə razılığa gəliblər
Digər ölkələr
08:42
Bakının Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq
Energetika
08:31
Çin XİN başçısı Rusiya-Ukrayna və Yaxın Şərq münaqişələrinin həlli üçün dialoqa çağırıb
Digər ölkələr
08:15
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur
08:06
Tacikistan və "SpaceX" peyk interneti sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Digər ölkələr
07:42
Tramp İrana qarşı hərbi əməliyyatı dərhal başa çatdırmağın mümkün olduğunu bildirib
Digər ölkələr