Fransanın daxili işlər naziri istefa verib, Makron onun ərizəsini rədd edib

Digər ölkələr
  • 19 oktyabr, 2026
  • 09:25
Fransanın daxili işlər naziri istefa verib, Makron onun ərizəsini rədd edib

Fransanın daxili işlər naziri Loran Nunyes Prezident Emmanuel Makrona istefa ərizəsi təqdim edib.

"Report" BFMTV-yə istinadən xəbər verir ki, bu barədə Yelisey sarayının mətbuat xidmətindən bildirilib.

Daxili işlər nazirinin rəhbərinin istefası ilə bağlı çağırış bir sıra partiyalar tərəfindən səsləndirilib, lakin Makron onun ərizəsini rədd edib.

"Mövcud şəraitdə hüquq-mühafizə orqanları üzərində nəzarətin qorunub saxlanılması zərurətini nəzərə alaraq, Prezident nümayişlər zamanı baş verən çoxsaylı zorakılıq hallarından sonra güclü təzyiq altında olan Loran Nunyesin istefasını rədd edib", - deyə məlumatda bildirilir.

44 - Tezliklə