Fransada etiraz aksiyaları zamanı xəsarət alanların sayı 400 nəfəri ötüb
Digər ölkələr
- 19 noyabr, 2018
- 07:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 19 noyabr. REPORT.AZ/ Fransada benzinin qiymətinin artmasına qarşı keçirilən etiraz aksiyaları zamanı xəsarət alanların sayı 400 nəfəri ötüb.
Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.
Aksiyalar zamanı, təqribən, 300 nəfər saxlanılıb, onlardan 157 nəfər həbs olunub.
Məlumata görə, etiraz aksiyalarında ölkə üzrə, təxminən, 288 min nümayişçi iştirak edib.
Qeyd edək ki, nümayişlər noyabrın 17-də başlayıb, noyabrın 18-də də qismən davam edib.
Daha əvvəl aksiyalar zamanı 200-ə yaxın insanın xəsarət aldığı bildirilirdi.
Fransanın Baş naziri Eduar Filip avtomobil yanacağının qiymətinin artmasına səbəb olan istixana qazı tullantısına qoyulan verginin ləğv olunmayacağını bəyan edib.
Son xəbərlər
18:24
Türkiyədə sel nəticəsində ölənlərin sayı altı nəfərə çatıb
Region
18:17
Fransadan sonra İtaliyada da etirazlar iğtişaşlara çevrilib, 200-dək insan saxlanılıb
Digər ölkələr
18:16
Aİ Nümayəndəliyi: Qoy Müstəqilliyin Bərpası Günü Azərbaycana qürur, sevinc, rifah gətirsin
Xarici siyasət
18:00
Foto
Azərbaycan gimnastı Selcan Mahsudova Dünya Kubokunda qızıl medal qazanıb
Fərdi
17:55
Foto
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Milli Məclis
17:43
Foto
Kros qaçışı üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
Fərdi
17:35
Yunanıstanda təyyarə qəzasında iki nəfər həlak olub
Digər ölkələr
17:18
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Digər ölkələr
17:09
Azərbaycan Basketbol Liqasında III tura start verilib
Komanda