Finlandiya Türkiyənin qərarını alqışlayıb
Digər ölkələr
- 26 yanvar, 2024
- 07:12
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Finlandiya Türkiyənin İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməsini alqışlayıb.
“Report” xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin “X” hesabında yazılıb.
“Alyans İsveçlə daha güclü olacaq”, - paylaşımda bildirilib.
Qeyd edək ki, yanvarın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib. Bundan bir gün əvvəl isə Türkiyə Böyük Millət Məclisi İsveçin NATO-ya üzv olmaq barədə müraciətinə baxıb. Gündəliyə daxil edilən məsələnin təsdiqi üçün səsvermədə iştirak edən deputatların səs çoxluğu kifayət edib.
İndi İsveçin NATO-ya üzvlüyü üçün ancaq Macarıstanın ratifikasiyasına ehtiyac var.
Son xəbərlər
14:00
Azərbaycandakı bankların faiz gəlirlərinin məbləğinə görə renkinqi (Yanvar-sentyabr, 2026)
Maliyyə
13:43
Deputat: Azərbaycançılıq bizim üçün yalnız şüar deyil
Daxili siyasət
13:42
"Aston Villa" klubu Ceymi Karragerə qarşı məhkəmə iddiası qaldıracaq
Futbol
13:40
Azərbaycandakı bankların əməliyyat gəlirlərinin məbləğinə görə renkinqi (Yanvar-sentyabr, 2026)
Maliyyə
13:29
Kamran Musayev: Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur
Sağlamlıq
13:28
Hindistanda kişi məktəblilərə motorlu mişarla hücum edib, 2 nəfər yaralanıb
Digər ölkələr
13:22
Azərbaycanda 1800 vətəndaş ölümündən sonra orqanlarının bağışlanması üçün reyestrdə qeydiyyatdan keçib
Sağlamlıq
13:20
Azərbaycandakı bankların nizamnamə kapitalının məbləğinə görə renkinqi (01.10.2026)
Maliyyə
13:07
İordaniya sərhədçiləri Suriyadan silahlı qrupun ölkəyə keçid cəhdinin qarşısını alıb
Digər ölkələr