Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
Digər ölkələr
- 18 iyun, 2026
- 15:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İyunun 8-də Mindanao adasında (Filippin) baş vermiş 7,8 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə "GMA news" Təbii Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi üzrə Milli Şuranın (NDRRMC) hesabatına istinadən məlumat yayıb.
Bundan başqa, 1,4 milyondan çox insan və ya 346 mindən çox ailə zərər çəkib.
Zəlzələ nəticəsində 74 657 ev zədələnib, o cümlədən 13 681 ev tamamilə, 60 976 ev isə qismən dağılıb. Həmçinin 770-dən çox infrastruktur obyekti zədələnib, dəymiş ziyan 148 milyon Filippin pesosu (2,4 milyon dollardan çox) məbləğində qiymətləndirilir.
Seysmoloqlar zəlzələdən sonra 7 461 afterşok qeydə alıblar.
Son xəbərlər
12:57
İran parlamenti müdafiə naziri vəzifəsinə namizədin məsələsinə baxacaq
Region
12:55
Foto
Azərbaycan ADB və IMF ilə əməkdaşlığı müzakirə edib
Maliyyə
12:54
Foto
Fuad Muradov Yunanıstandakı azərbaycanlılarla diaspor fəaliyyətinin yol xəritəsini müzakirə edib
Diaspor
12:52
Azərbaycanı İƏT XİN Şurasının iclasında Yalçın Rəfiyev təmsil edir
Xarici siyasət
12:23
Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
Ekologiya
12:22
Vüqar Bayramov: "Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb"
Sənaye
12:08
Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb
İnfrastruktur
12:05
Foto
Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
Fərdi
11:55
Paşinyanla Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə edib
Region