Donald Tramp: “Şimali Koreya lideri mənimlə görüşü səbirsizliklə gözləyir”
Digər ölkələr
- 28 mart, 2018
- 10:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 28 mart. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inın Pekinə səfəri ilə bağlı Çin sədri Si Tszinpindən mesaj aldığını təsdiqləyib.
“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Donald Tramp “Twitter” səhifəsində yazıb.
“Dünən (martın 27-də - “Report”) Çinin sədri Si Tszinpindən Kim Çen Inla görüşünə dair mesajı aldım. Görüş çox yaxşı keçib. Kim mənimlə görüşü səbirsizliklə gözləyir. Bununla yanaşı, təəssüf ki, sanksiya və təzyiqləri nəyin bahasına olursa-olsun maksimal həddə saxlamaq vacibdir”, - ABŞ prezidenti yazıb.
Xatırladaq ki, Kim Çen In xarici ölkəyə ilk rəsmi səfərini Pekinə edib. Bu səfərdən sonra onun Donald Trampla görüşü gözlənilir.
Son xəbərlər
01:08
Məkkə sazişinə dair qanun layihəsi TBMM-də təsdiqlənib
Region
00:52
Serbiya RSK parlament seçkilərinin nəticələrini təsdiqləyib
Digər ölkələr
00:10
Zelenski: Ukrayna ABŞ-nin vəd etdiyi 16 milyard dollarlıq yardımı almayıb
Digər ölkələr
00:04
ABŞ Kubaya qarşı sanksiyaları genişləndirib
Digər ölkələr
00:00
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
Fərdi
23:52
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Hadisə
23:38
Fransada etirazlar zamanı 448 nəfər saxlanılıb - Yenilənib-2
Region
23:33
SEPAH: Qeşm adasında ABŞ PUA-sı ələ keçirilib
Region
23:21
Pakistanda avtobusla yük maşını toqquşub, azı 11 nəfər ölüb
Digər ölkələr