Çində 7 maqnitudalı zəlzələ olub

Digər ölkələr
  • 22 oktyabr, 2026
  • 19:28
Çində 7 maqnitudalı zəlzələ olub

Çində, Tibetin şimalında 7 maqnitudalı zəlzələ baş verib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Çin Seysmik Şəbəkələr Mərkəzi (CENC) məlumat yayıb.

Mərkəzdən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 22:33-də qeydə alınıb. Zəlzələnin episentri Tibetin şimalındakı Naqçu şəhərində yerləşib.

Zəlzələnin ocağı 10 km dərinlikdə olub.