Braziliyanın cənubunda daşqınlar nəticəsində ölənlərin sayı 75-ə çatıb
Digər ölkələr
- 06 may, 2024
- 03:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Braziliyanın cənubundakı Riu Qrandi-du-Sul ştatında güclü daşqınlar nəticəsində azı 75 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Agentliyinin son hesabatında deyilir.
Bundan əvvəl 66 nəfərin öldüyü bildirilirdi.
Məlumata görə, azı 103 nəfər itkin düşüb, 107 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib.
Yağışlar və qasırğadan 780 mindən çox sakin zərər çəkib, 334 bələdiyyə fəlakətdən zərər çəkib ki, bu da Riu Qrandi-du-Suldakı bütün şəhərlərin 66 %-dən çoxuna bərabərdir. Qeyd edilir ki, minlərlə insan helikopterlərlə xilas olunmaq ümidi ilə evlərini qayıqlarla tərk etmək və ya damlara çıxmaq məcburiyyətində qalıb.
Son xəbərlər
16:43
Baş katibin müavini: Azərbaycanın AQEM-ə sədrliyi dövründə insanmərkəzli yanaşma güclənib
Xarici siyasət
16:43
Günay Moşad: Cənubi Qafqazda turizm marşrutlarının inkişafı yerli sakinlər üçün imkanlar açır
Xarici siyasət
16:41
Foto
Video
Salyanda bir ailənin 3 üzvünün bıçaqlanması faktı ilə bağlı cinayət işi başlanılıb - Yenilənib
Hadisə
16:37
Şahin Mustafayev: Xəzərin səviyyəsinin aşağı düşməsi məsələsində beş dövlətin sıx əməkdaşlığı əsas şərtdir
Ekologiya
16:35
Foto
Əli Əsədov İƏT-in Baş katibi ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Daxili siyasət
16:34
Pezeşkian: ABŞ-nin Fars körfəzindəki addımları qlobal inkişafa zərbə vurur
Region
16:31
Vaqif Cavadov: "U-15 dünya çempionatında nəticə yox, futbolçuların inkişafı önəmlidir"
Futbol
16:28
Kukla teatrının əməkdaşı direktorun şikayəti üzrə təqsirləndirilən şəxs olub
Hadisə
16:24
Lu Mey: Çin qlobal problemlərin həllində əməkdaşlığın tərəfdarıdır
Digər ölkələr