Böyük Britaniya Polşaya daha 350 hərbçi göndərəcək
Digər ölkələr
- 08 fevral, 2022
- 02:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Böyük Britaniya Ukrayna ətrafında yaranan gərginlik fonunda Polşaya əlavə 350 hərbçi göndərəcək.
“Report”un məlumatına görə, bu barədə Sky News Britaniyanın müdafiə naziri Ben Uollesə istinadən xəbər yayıb.
"Biz birlikdə hərəkət etmək bacarığımızı nümayiş etdirmək üçün Polşada əlavə 350 hərbçi yerləşdirəcəyik", - telekanal onun sözlərindən sitat gətirib.
Uolles qərarını Londonda polşalı həmkarı Mariuş Blaşak ilə görüşdə açıqlayıb.
Qeyd edək ki, artıq ABŞ-ın 82-ci hava-desant diviziyasının növbəti qrupu Polşaya gəlib. ABŞ hərbçilərinin Polşaya müvəqqəti yerləşməsi NATO-nun şərq cinahının gücləndirilməsi məqsədini daşıyır. Yaxın müddət ərzində Polşaya göndərilən ABŞ hərbçilərinin sayı 1700 nəfərə çatacaq.
Son xəbərlər
08:47
Biləsuvarda elektrik enerjisinin verilişi bərpa olunub – Yenilənib
Energetika
08:37
"Axios": Vaşinqton süni intellekt sənayesi liderlərinin apokaliptik proqnozlarından bezib
İKT
08:21
ABŞ-də "PepsiCo" şirkətinin törəmə müəssisəsinin zavodunda partlayış və yanğın olub
Digər ölkələr
07:26
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Ər-Riyad üzərində PUA-nı vurub
Digər ölkələr
06:45
"İnter Mayami" MLS-də "Nyu-York Red Bulls"a məğlub olub
Futbol
06:07
Tramp: "Audi" ABŞ-də avtomobil zavodunun inşasına 4,2 milyard dollar investisiya yatıracaq
Digər ölkələr
06:03
İran ABŞ gəmilərinin Fars körfəzinə girməsinə icazə verməyəcəyini bildirib
Region
05:38
Yaponiya sahillərində güclü zəlzələ olub
Digər ölkələr
05:09
ABŞ-nin müttəfiqləri "Starlink" peyk şəbəkəsindən asılılığı azaltmaq niyyətindədirlər
İKT