BMT: “Nüvə silahları ilə bağlı gərginlik narahatlıq doğurur”
Digər ölkələr
- 27 mart, 2023
- 23:26
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Nüvə silahları ilə bağlı artan gərginlik narahatlıq doğurur”.
"Report"un ABŞ bürosu xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.
O, Rusiyanın Belarusa taktiki nüvə silahı yerləşdirmək planı pisləyib.
Sözçü bildirib ki, BMT-yə üzv bütün dövlətlər Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə əməl etməlidir: "Nüvə silahları riskləri qəbulolunmazdır. Gərginliyi artıracaq hər hansı hadisə və ya hərəkətdən çəkinmək lazımdır. Bütün ölkələr Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin öhdəlik və vəzifələrini yerinə yetirməlidirlər".
Qeyd edək ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin martın 25-də Belarusa taktiki nüvə silahı yerləşdirəcəklərini bəyan edib.
Son xəbərlər
15:51
Korsikanın siyasi partiyası Fransadan qanunvericilik muxtariyyətinin verilməsini tələb edib
Digər ölkələr
15:50
Zakir Həsənov Slovakiyanın Baş Qərargah rəisi ilə görüşüb
Hərbi
15:49
Cənubi Koreya və Almaniya müdafiə sahəsində əməkdaşlığı genişləndirməklə bağlı razılığa gəlib
Digər ölkələr
15:48
Elnur Məmmədov: "Açıq suda üzmə üzrə beynəlxalq yarışın ölkəmizdə keçirilməsi Azərbaycana etimadın göstəricisidir"
Fərdi
15:43
DİN: Bu ilin 9 ayı ərzində 146 cinayətkar qrup zərərsizləşdirilib
Hadisə
15:42
2026-cı ilin 9 ayı ərzində 6 tondan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb
Hadisə
15:42
Cari ilin 9 ayı ərzində axtarışa verilən şəxslərin 87 faizi tutulub
Hadisə
15:40
Bu ilin 9 ayı ərzində 22 804 cinayət törədilib
Hadisə
15:39
İrəvandan Minvodıya uçan təyyarə qəza siqnalı verib
Region