Bessent Konqresə seçkilərdə demokratların qələbəsinin nəticələri barədə xəbərdarlıq edib

Digər ölkələr
  • 22 oktyabr, 2026
  • 06:32
Bessent Konqresə seçkilərdə demokratların qələbəsinin nəticələri barədə xəbərdarlıq edib

ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, Konqresə qarşıdan gələn aralıq seçkilərdə demokratların qələbəsi Prezident Donald Tramp administrasiyasının nailiyyətlərinin yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər.

"Report"un yerli mediaya istinadən verdiyi məlumata görə, o, bu barədə Cənubi Karolinada seçicilərlə görüşdə deyib.

"Onlar Prezident Baydenin dövründə olduğu kimi, Prezident Trampın dövründə əldə etdiyimiz bütün nailiyyətləri tərəddüd etmədən məhv edəcəklər", - Bessent bildirib.

Nazir iddia edib ki, demokratlar qalib gələrsə, ABŞ-nin cənub sərhədində qanunvericiliyin tətbiqini zəiflədəcək, polisin maliyyələşdirilməsi azaldacaq və orta təbəqənin maliyyə vəziyyəti pisləşdirəcəklər. O, həmçinin Demokratlar Partiyasının siyasətinin Amerika vətəndaşlarının hesabına xarici işçilərin vəziyyətini yaxşılaşdıracağı ilə bağlı fikrini bildirib.

"Amerikanın demokratik baxışını anlamaq istəyirsinizsə, hazırda Avropada baş verənlərə baxın", - maliyyə baziri əlavə edib.

Ötən həftəsonu Fransada yanacaq qiymətlərinin artmasına və alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi nümayişlər keçirilib. Təşkilatçılar etirazlarda təxminən 800 000 insanın iştirak etdiyini təxmin edirlər, Fransa Daxili İşlər Nazirliyi isə 550 000 iştirakçının olduğunu bildirib.

Bir neçə şəhərdə etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib. Fransanın ədliyyə naziri Gerald Darmaninin sözlərinə görə, 17 oktyabrda təxminən 3 000 mağaza talan edilib və 2 500-dən çox insan saxlanılıb.

44 filmi