Baltimorda küçəyə toplaşan insanlara atəş açılıb, 6 nəfər yaralanıb
Digər ölkələr
- 10 avqust, 2025
- 09:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-nin Merilend ştatının Baltimor bölgəsində naməlum şəxs küçəyə toplaşan insanlara atəş açıb.
"Report"un "ABC News"a istinadən məlumatına görə, nəticədə 6 nəfər yaralanıb.
Məlumata görə, atışma şənbə günü axşam saat 20:50 radələrində (Bakı vaxtı ilə bazar günü 04:50) Spouldinq və Kvinsberi prospektlərinin kəsişməsi yaxınlığında başlayıb. Naməlum şəxs küçəyə toplaşan insanlara atəş açıb.
Baltimor polis komissarı Riçard Uorlinin sözlərinə görə, qurbanlar arasında beş yaşlı qız da var, lakin onun həyatı üçün təhlükə yoxdur. Hüquq-mühafizə orqanı əməkdaşı əlavə edib ki, yaralılardan birinin - 38 yaşlı kişinin vəziyyəti ağırdır.
Polis araşdırmaları davam etdirir.
Son xəbərlər
00:04
Kobaxidze Mərkəzi Asiyanın dörd ölkəsinin XİN rəhbərlərini qəbul edib
Region
23:48
WSJ: Tramp Maska Ukraynada "Starlink" məhdudiyyətlərini aradan qaldırmağı tapşırıb
Digər ölkələr
23:39
Foto
Araz çayında balıqların sayı artıb
Ekologiya
23:21
Putin: Rusiya və Ukrayna razılığa gələ bilər
Region
23:12
Azərbaycanla Ekvador Mərkəzi Universiteti arasında əməkdaşlıq müzakirə edilib
Xarici siyasət
23:09
Türkiyə "Meta"nı məhkəməyə vermək istəyir
Region
22:57
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Hadisə
22:55
Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun inkişafında maraqlıdır
Xarici siyasət
22:37
Foto
Azərbaycanın Qazaxıstandakı səfiri dünya çempionatında iştirak edəcək güləşçilərimizə uğurlar arzulayıb
Fərdi