Baham adalarında "Dorian" qasırğası qurbanlarının sayı 30 nəfərə çatıb
Digər ölkələr
- 06 sentyabr, 2019
- 01:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Baham adalarında "Dorian" qasırğası qurbanlarının sayı 30 nəfərə çatıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalına ada dövlətinin baş naziri Hyubert Minnis bildirib.
"Mən cəmi 1 saat əvvəl polis rəisi ilə danışdım. Hazırda ölənlərin sayı 30 nəfərdir. Mən dəfələrlə bildirmişəm - bu rəqəm (ölənlərin sayı - red) artacaq", - deyə o bildirib.
Minnis qeyd edib ki, daha əvvəl ABŞ prezidenti Donald Trampla telefonla danışıb. Onlar rəsmi Vaşinqtonun Baham adalarına yardımını müzakirə ediblər.
Daha əvvəl bildirilirdi ki, Baham adalarında qasırğa qurbanlarının sayı 20 nəfərə çatıb. Dağıntılar aradan qaldırıldıqca ölənlərin sayı artır.
Son xəbərlər
08:15
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Hadisə
08:10
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Demokratlar Kanada mallarına qoyulan rüsumları ləğv etmək istəyirlər
Digər ölkələr
08:00
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Media
07:20
Yeni Zelandiya sahillərində onlarla qara delfin ölüb
Digər ölkələr
06:42
Tramp seçkilərdən sonra İranla bağlı ilk müşavirəni keçirib
Digər ölkələr
06:15
Sorğu: Makrona etimad səviyyəsi Ollandın antirekordundan da aşağı düşüb
Digər ölkələr
05:45
Egey dənizində zəlzələ olub
Region
05:26
"Reuters": Ukrayna və ABŞ-nin "Starshield"dən istifadə ilə bağlı müqaviləsinin müddəti 2027-ci ildə başa çatır
Digər ölkələr