Aİ Ukraynadakı müharibənin nəticəsindən asılı olmayaraq Rusiya qazının idxalını istisna edir

Digər ölkələr
  • 28 oktyabr, 2026
  • 17:50
Aİ Ukraynadakı müharibənin nəticəsindən asılı olmayaraq Rusiya qazının idxalını istisna edir

Avropa İttifaqı (Aİ) Rusiya qazının, o cümlədən "Şimal axını" qaz kəməri vasitəsilə idxalını bərpa etməyəcək, çünki qüvvədə olan qanunvericilik Rusiya qazıntı yanacağının tədarükündən tam imtinanı nəzərdə tutur.

"Report"un Avropa bürosunun verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyo Brüsseldə keçirilən brifinqdə bildirib.

"Bizdə Rusiyadan qalıq yanacağı, xüsusən də qazın idxalını bərpa etməyə imkan verməyən qanunvericilik qüvvədədir", - o, Ukraynadakı müharibə başa çatdıqdan sonra "Şimal axını"nın fəaliyyətinin bərpa olunması imkanı barədə sualı cavablandırarkən bildirib.

Qeyd edək ki, bu fikirlər ABŞ və Rusiya arasında "Şimal axını"nın işinin bərpası və müharibədən sonra Rusiya qazının Avropaya tədarükü perspektivlərinin müzakirələri barədə məlumatlar fonunda səsləndirilib.