ABŞ Ukraynaya hərbi yardımın həcmini artırmaq istəyir
Digər ölkələr
- 08 iyul, 2020
- 04:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Nümayəndələr Palatasının Təxsisatlar Komitəsi hərbi büdcə layihəsində Ukraynaya ayrılacaq hərbi yardımın əlavə 25 milyon ABŞ dolları həcmində artırılmasını istəyib.
“Report” xəbər verir ki, bundan əvvəl hərbi yardımın 250 milyon ABŞ dolları olması istənilib.
Bununla da ABŞ hökuməti 2021-ci maliyyə ilində Ukraynaya 275 milyon ABŞ dolları məbləğində hərbi yardım ayıra bilər.
Qeyd edək ki, qanun layihəsi həm Nümayəndələr Palatasında, həm də Senatda qəbul edildikdən sonra imzalanması üçün dövlət başçısı Donald Trampa təqdim ediləcək.
ABŞ-da yeni maliyyə ili oktyabrın 1-də başlayır.
Xatırladaq ki, ABŞ hökuməti 2020-ci maliyyə ilində Ukraynaya 250 milyon dollar məbləğində hərbi yardım ayırıb.
Son xəbərlər
10:58
Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsüm başlayır
Komanda
10:57
Aygün Əliyeva: QHT-lərə dövlət dəstəyi sistemi müasir çağırışlara uyğun və nəticəyönümlü olmalıdır
Daxili siyasət
10:55
Lu Mey: Azərbaycan və Çinin münasibətləri dinamik inkişaf edir
Xarici siyasət
10:55
Ermənistan və Britaniya 2026-2027-ci illər üçün müdafiə əməkdaşlığı proqramını razılaşdırıb
Region
10:50
Səfir: Çin Azərbaycanın AQEM-də sədrliyinin davam etdirilməsini dəstəkləyir
Xarici siyasət
10:43
Foto
NETTY 2026 ərizə qəbulu elan edilib
Media
10:43
Avropa çempionu olan Aysel Əhmədli: "Finala çıxanda özümdə daha çox inam hiss etdim"
Fərdi
10:31
"Sabah" yarımmüdafiəçisi Zinəddin Uld Xaledlə yolları ayırıb
Futbol
10:29
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
Xarici siyasət