ABŞ-ın iki hərbçisi İraq əsgərləri ilə birlikdə öldürülüb
Digər ölkələr
- 09 mart, 2020
- 16:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-ın iki hərbi qulluqçusu İraq ərazisində tapşırığın icrası zamanı həlak olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Silahlı Qüvvələrinin Mərkəzi komandanlığının nümayəndəsinə istinadən İraqın “Al Sumaria” telekanalı bildirib.
Məlumata görə, ABŞ hərbçiləri ötən gecə İraqın mərkəzi regionunun şimalında öldürülüblər. Qeyd edilir ki, Amerika hərbçiləri İŞİD silahlılarının məhv edilməsi üzrə birgə əməliyyat zamanı İraq əsgərlərini müşayiət ediblər.
Tapşırığın icrası zamanı həmçinin İraqın da bir neçə hərbçisi həlak olub.
Ölkənin mərkəzi hissəsindəki xüsusi əməliyyatın təfərrüatları açıqlanmır.
Son xəbərlər
06:50
ABŞ-də nar şirəsi zavodunda kimyəvi sızma olub, 58 nəfər zəhərlənib
Digər ölkələr
06:27
Politico: ABŞ Rusiyaya Ukraynaya NATO modelində təhlükəsizlik zəmanətləri verməyi təklif edib
Digər ölkələr
05:56
Alimlər infarktdan sonra ürək toxumasını bərpa edəcək terapiya hazırlayıblar
Sağlamlıq
05:25
ABŞ-yə Rusiya dizeli daşıyan tankerlər marşrutlarını dəyişiblər
Digər ölkələr
04:54
Karik "Mançester Yunayted"in baş məşqçisi vəzifəsindən qovula bilər
Futbol
04:15
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
Digər ölkələr
03:41
Britaniyalı yazıçı 81 yaşında Buker mükafatına layiq görülüb
Digər ölkələr
03:23
UFC rəhbəri Trampın mətbuat katibi olmaq təklifini rədd edib
Digər ölkələr
02:40
İran ABŞ-ı danışıqlarla bağlı saxta xəbərlər yaymaqda ittiham edib
Region