Azərbaycanlıların yaşadığı qəsəbədə xüsusi əməliyyat keçirilib
Diaspor
- 28 iyul, 2020
- 10:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Tbilisinin azərbaycanlıların yaşadığı Poniçala qəsəbəsində (Soğanlıq) xüsusi əməliyyat keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
Əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunan 9 nəfər saxlanılıb.
Saxlanılanların evlərində axtarış zamanı heroin, metadon və digər narkotik vasitələrin olduğu 94 bağlama, 16 min lari və mobil telefonlar müsadirə olunub.
İstintaqla həmin şəxslərin sistematik olaraq narkotik vasitələrin alışı, saxlanılması və satışı ilə məşğul olduqları müəyyən olunub. Cinayət Məcəlləsinə əsasən, bu qanunsuz əmələ görə 8 ildən 20 ilədək həbs cəzası nəzərdə tutulub.
Son xəbərlər
00:27
Tusk Konstitusiya Məhkəməsi məsələsində Polşa Prezidenti ilə kompromisə getməyəcəyini açıqlayıb
Digər ölkələr
00:09
Rubio ərzaq ticarətindən siyasi təzyiq üçün istifadə etməməyə çağırıb
Digər ölkələr
23:44
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Digər ölkələr
23:27
Yeddi "OPEC+" ölkəsi neft hasilatı kvotasını dəyişməmək barədə razılığa gəlib
Energetika
23:10
Fransada etiraz aksiyalarında 422 nəfər saxlanılıb - Yenilənib
Digər ölkələr
22:43
Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur
Digər ölkələr
22:39
Foto
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
Fərdi
22:26
Foto
Video
Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari qəza olub
Hadisə
22:14
Foto
Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində "Zikra: xatirələr gecəsi" tamaşası nümayiş olunub
Mədəniyyət siyasəti