Nazir müavini: Azərbaycan və Türkiyə arasında fəal siyasi ikitərəfli münasibətlər davam edir
- 15 iyul, 2025
- 11:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyə və Azərbaycan həmişə bir-birinin yanında olacaq.
"Report" xəbər verir ki, bunu Azəraycan xarici işlər nazirinin müavini Samir Şərifov Bakıda "15 İyul - Demokratiya və Milli Birlik Günü"nün 9 illiyi münasibətilə keçirilən anım tədbirində deyib.
O qeyd edib ki, Azərbaycan və Türkiyə arasında ikitərəfli münasibətlər yüksək xətlə inkişaf edir:
"Şuşa bəyannaməsi isə iki ölkənin inkişafında böyük rol oynayır. Ölkələr arasında fəal siyasi ikitərəfli münasibətlər davam edir".
Onun sözlərinə görə, artıq Prezident İlham Əliyev bu il 3 dəfə Türkiyəyə, qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da həmçinin Azərbaycana səfər edib".
Nazir müavini əlavə edib ki, iki ölkə arasında münasibətlər iqtisadi sahədə də inkişaf edir:
"Enerji, logistika layihələri davam edir. Birgə həyata keçirilən nəhəng layihələr regionun yeni geosiyasi mənzərəsini formalaşdırıb".