Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
Daxili siyasət
- 27 oktyabr, 2026
- 16:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 27-də Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi ilə görüşüb.
"Report" xəbər verir ki, qonaq Bakının möhtəşəm memarlığı və Zəfər muzeyi ilə bağlı təəssüratlarını bölüşüb.
Söhbət zamanı Azərbaycan ilə Dünya Turizm Təşkilatı arasında mövcud səmərəli əməkdaşlığın səviyyəsi müsbət dəyərləndirilib.
Həmçinin ölkəmizdə turizm sektorunun inkişafına dövlət səviyyəsində göstərilən xüsusi diqqət və qayğı qeyd olunub, paytaxtla yanaşı, regionlarda da müasir turizm infrastrukturunun yaradıldığı bildirilib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Foto
Foto
Son xəbərlər
12:26
DTX Biləsuvarda dron vasitəsilə narkotik vasitələrinin qaçaqmalçılığını edənləri saxlayıb
Hadisə
12:26
Noyabrın 6-da gözlənilən hava şəraiti
Digər
12:23
Mingəçevir su anbarında qəfəs tipli təsərrüfatlar formalaşdırılır
ASK
12:22
Gələn ilin büdcəsi xarici qiymət şoklarından sığortalanma prinsipi əsasında hazırlanıb
Energetika
12:22
Azərbaycana kökəltmə məqsədi ilə gətirilən heyvanlar vergidən azad olunacaq
Biznes
12:20
Foto
Naxçıvan Dövlət Filarmoniyasının kollektivi İğdırda konsert proqramı ilə çıxış edib
Mədəniyyət siyasəti
12:19
Formula 1 və Formula 2 yarışları ilə əlaqədar vergi güzəştlərinin müddəti uzadılır
Biznes
12:17
Vətəndaşlardan nağdsız alınan mənzillərin təkrar satışına ƏDV ticarət əlavəsindən hesablanacaq
Biznes
12:17
Foto
Azərbaycan və Ukrayna energetika nazirləri əməkdaşlıq perspektivlərini müzakirə ediblər
Xarici siyasət