Kürdəmirdə şəhid ailələri Türkiyə üçün yardım toplayıblar
Daxili siyasət
- 13 fevral, 2023
- 19:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kürdəmirdə şəhid ailələri qardaş Türkiyədə zəlzələdən zərər çəkən insanlar üçün yardım toplayıblar.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, artıq bir neçə gündür ki, toplanan yardımlar növbəli şəkildə Türkiyədə zəlzələdən zərərçəkən insanlara göndərilir.
Şəhid ailələrinin topladıqları isti geyimlər, yataq dəstləri, elektrik qızdırıcıları və generatorları, eləcə də zəruri ərzaq məhsulları Cümə məscidinin müvəqqəti saxlama məntəqəsinə yığılıb.
Yardımlar iritutumlu maşınlarla Türkiyə yola salınması məqsədilə Bakı şəhərinə göndərilib.
Qeyd edək ki, yaxın günlərdə Kürdəmir Rayon İcra Hakimiyyətinin xətti ilə 4 ədəd hər biri 14 nəfərlik olan konteynerin göndərilməsi nəzərdə tutulur.
Son xəbərlər
14:29
"Turan Tovuz"un futbolçusu Denis Marandiçi Moldova millisinə dəvət alıb
Futbol
14:23
Çexiyada genişmiqyaslı elektrik kəsintisi səbəbindən parlament iclası yarımçıq dayandırıb
Digər ölkələr
14:22
DÇ-2028: Azərbaycanla qarşılaşacaq Latviya seçməsinin heyəti açıqlanıb
Futbol
14:22
Azərbaycana gələn turistlərin xərcləri 13 %-ə yaxın azalıb
Turizm
14:16
Azərbaycanda bayram günlərində mənşə sertifikatı verilməsi davam etdiriləcək
Biznes
14:15
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
Daxili siyasət
14:12
Foto
Mürsəl İbrahimov Qəbələdə vətəndaşları qəbul edib
Daxili siyasət
14:11
Azərbaycanda ixrac gəlirlərinə 5 illik mənfəət vergisi güzəşti tətbiqi təklif edilir
Maliyyə
14:10
Sorğu: Ermənistan vətəndaşlarının 50 %-dən çoxu növbədənkənar parlament seçkilərinin tərəfdarıdır
Region