İndira Hacıyeva: Dövlət qurumları süni intellekti tənzimləyən qərarlar qəbul etməlidir

Daxili siyasət
  • 18 iyun, 2026
  • 15:50
İndira Hacıyeva: Dövlət qurumları süni intellekti tənzimləyən qərarlar qəbul etməlidir

Dövlət qurumları səviyyəsində süni intellekti tənzimləyən qərarlar verilməlidir.

"Report" xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İndira Hacıyeva "Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər" mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

O qeyd edib ki, cəmiyyət səviyyəsində həllər təklif etmək çox çətindir:

"10 il əvvəl gələcəyi bu qədər aydın görə bilmirdik, amma indi gələcək aydındır. Hər bir texnoloji, elmi yenilik, inqilabı sıçrayış olduqda beynəlxalq təşkilatlar zamanında qərar verməsə çox acı nəticələr yaranar. Süni intellektin yaratdığı imkanlar da texnoloji inqilabdır".

44 filmi