Ekologiya və təbii sərvətlər naziri Balakəndə vətəndaşları qəbul edəcək

Daxili siyasət
  • 23 iyun, 2017
  • 09:08
Ekologiya və təbii sərvətlər naziri Balakəndə vətəndaşları qəbul edəcək
Report.az

Bakı. 23 iyun. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Balakəndə vətəndaşları qəbul edəcək.                         

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyul ayının 6-sı saat 10:00-da Balakən şəhərində yerləşən Mədəniyyət Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 40) keçiriləcək qəbulda Balakən, Qax, Zaqatala və Şəki rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 9 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlaya (ünvan: Zaqatala şəhəri, Nizami 40, əlaqə telefonları: 050-376-28-89, 050-781-12-81, 022-3-08-63) bilərlər. 

44 filmi