DSX: “Keşikçidağ”da təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar əldə olunub
Daxili siyasət
- 03 iyun, 2020
- 19:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İyun ayının 4-də Azərbaycan - Gürcüstan dövlət sərhədində “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində bir qrup Gürcüstan vətəndaşı tərəfindən dövlət sərhədini pozmaqla təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar əldə olunub.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Report"a verilən verilən məlumata görə, əldə olunmuş məlumatlar barədə Gürcüstanın Sərhəd Mühafizəsi rəsmi qaydada məlumatlandırılıb.
"Dövlət Sərhəd Xidməti bununla əlaqədar rəsmi olaraq bildirir ki, dövlət sərhədində istənilən təxribatın qarşısı qətiyyətlə alınacaqdır və bu zaman baş verə biləcək fəsadlara görə təxribatın təşkilatçıları məsuliyyət daşıyacaqlar"-deyə, məlumatda qeyd olunub.
Son xəbərlər
06:34
Yaponiya kibertəhlükəsizliyi gücləndirmək üçün 63 milyon dollar ayıracaq
Digər ölkələr
05:58
ABŞ Prezidenti Rusiya-Ukrayna danışıqlarının davam etdirildiyini bildirib
Digər ölkələr
05:13
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
Xarici siyasət
04:49
"Tasnim": İran Ordusu Qeşm adası üzərində Amerikanın PUA-sını vurub
Region
04:35
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
Digər ölkələr
04:11
Ağ Evin yaxınlığında Trampı öldürməklə hədələyən kişi saxlanılıb
Digər ölkələr
03:47
Pedro Alyana Paraqvayın Prezidenti olub
Digər ölkələr
03:25
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Digər ölkələr
03:04
İranın Qeşm adası yaxınlığında partlayış səsləri eşidilib
Region