Azərbaycan gəmilərinin üzücü heyəti üçün verilən yemək xərclərinin məbləği artırılıb
Daxili siyasət
- 05 oktyabr, 2022
- 14:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Dənizdə üzən gəmilərin işçiləri üçün verilən yemək xərclərinin məbləği artırılıb.
"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Belə ki, “Müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclərin, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərclərinin normalarının müəyyən edilməsi barədə” qərara dəyişiklik edilib.
Dəyişikliyə əsasən, dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərclərinin gündəlik norması Xəzər dənizində üzən gəmilərin üzücü heyəti üçün verilən məbləğ 15 manatdan 25 manata, Xəzər dənizindən kənarda üzən gəmilərin üzücü heyəti üçün 15 ABŞ dollardan 25 dollara artırılıb.
Son xəbərlər
14:33
İspaniyada qatar maşinistləri tətil keçirirlər
Digər ölkələr
14:30
"Azərpambıq" ixrac gəlirlərini 61 %-dən çox artırıb
ASK
14:27
NATO Ukraynaya "Patriot" hava müdafiə sistemlərinin tədarükündəki problemləri araşdıracaq
Digər ölkələr
14:25
Foto
RİNN Niderland şirkəti ilə süni intellekt sahəsində sənəd imzalayıb
İKT
14:25
Hollivud ulduzu Elke Zommer vəfat edib
Digər ölkələr
14:20
Azərbaycan və Türkiyə XİN başçılarının təkbətək görüşü keçirilib
Xarici siyasət
14:19
Hədəfinə çat, əlavə faiz qazan: "Yelo Bank"dan yeni əmanət məhsulu
Maliyyə
14:17
Foto
Azərbaycan ilə KAICIID arasında əməkdaşlıq müzakirə olunub
Daxili siyasət
14:11
Mahmud Abbas Xristodulidis ilə danışıqlar aparmaq üçün Kiprdə səfərdədir
Digər ölkələr