Dağ yəhudiləri Prezident seçkilərində İlham Əliyevi dəstəklədiklərini bildiriblər
Daxili siyasət
- 11 yanvar, 2024
- 08:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev Prezident seçkilərində İlham Əliyevi dəstəklədiklərini bəyan edib.
"Report"un məlumatına görə, dini icmanın rəhbəri bu barədə “Dinin siyasiləşdirilməsi: zərərli təsirlər” mövzusunda konfransda çıxışı zamanı deyib.
"Biz dağ yəhudiləri olaraq seçkilərdə Qarabağ fatehi, Prezident İlham Əliyevin arxasındayıq. Ona lazımi dəstəyimizi göstərəcəyik. Biz şəhidlərimizin dırnaqları ilə qalxdığı Şuşanı bir də itirə bilmərik, itirməyəcəyik də", - M.Yevdayev qeyd edib.
O əlavə edib ki, Vətən müharibəsində Azərbaycan tək erməniyə deyil, erməni xislətinə də qalib gəldi.
Qeyd edək ki, bu il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
Son xəbərlər
08:26
Senatda demokratların lideri İranla müharibəni başa çatdıracağına söz verib
Digər ölkələr
08:08
Paraqvay parlamenti prezidentin impiçmenti təşəbbüsünü müzakirə edəcək
Digər ölkələr
08:00
Cənubi Koreya XİN: ABŞ-la birgə hərbi təlimlər sırf müdafiə xarakteri daşıyır
Digər ölkələr
07:52
Türkmənistan Prezidenti "Şimal-Cənub" dəhlizi çərçivəsində yeni avtomobil yolunu açıb
İnfrastruktur
07:38
Bakının iki rayonunda işıq kəsiləcək
Energetika
07:04
Yaponiya kütləvi məlumat sızmalarına qarşı xüsusi qrup yaradacaq
Digər ölkələr
06:37
Bob Dilan Roma Papası XIV Leo ilə Vatikanda görüşüb
Digər ölkələr
06:13
Şimali Koreyada yeni HHM kompleksi sınaqdan keçirilib
Digər ölkələr
05:41
Qızılın qiyməti 4 100 dolları ötüb
Maliyyə