Alban-udi xristian icmasının üzvləri Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar "Xudavəng" məbədini ziyarət ediblər

Daxili siyasət
  • 26 fevral, 2022
  • 13:35
Alban-udi xristian icmasının üzvləri Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Xudavəng məbədini ziyarət ediblər

Xəbərə fotolar əlavə olunub

15:20

Bu gün Alban-udi xristian icmasının üzvləri Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Kəlbəcər rayonundakı "Xudavəng" məbədini ziyarət ediblər.

"Report"un Kəlbəcərə ezam olunmuş əməkdaşı xəbər verir ki, ictimaiyyət və media nümayəndələrinin də iştirak etdiyi tədbirdə icma üzvləri tərəfindən dini ayinlər icra edilib, soyqırımı qurbanları və şəhidlərimizin ruhuna dualar oxunub.

Tədbirlər Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə həyata keçirilib.