Hun Manet: "Azərbaycan və Kamboca arasında biznes potensialının dərindən öyrənilməsi zəruridir"

Biznes
  • 12 oktyabr, 2026
  • 15:55
Hun Manet: Azərbaycan və Kamboca arasında biznes potensialının dərindən öyrənilməsi zəruridir

Azərbaycan və Kamboca arasında ticari-iqtisadi əməkdaşlıq sahəsində hər iki ölkənin biznes mühitinin və potensialının daha dərindən öyrənilməsi təşviq edilməlidir.

"Report" xəbər verir ki, bunu Kambocanın Baş naziri Hun Manet Bakıda keçirilən Azərbaycan-Kamboca Biznes Forumunda bildirib.

O qeyd edib ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq ilkin mərhələdə olsa da, gələcək inkişaf üçün əhəmiyyətli potensiala malikdir: "İkitərəfli ticarətdə mal və xidmət nomenklaturasının şaxələndirilməsi, B2B (Business-to-Business) formatında birbaşa işgüzar əlaqələrin inkişafı, eləcə də investisiya və iqtisadi əməkdaşlıq üçün yeni sahələrin axtarışı birgə səylərin prioritet istiqamətləri olmalıdır".

Kamboca hökumətinin rəhbəri əmindir ki, həm dövlət, həm də özəl sektorun fəal iştirakı ilə Bakı və Pnompen öz iqtisadi potensialını tam şəkildə reallaşdırmağa, dayanıqlı və qarşılıqlı faydalı tərəfdaşlıq formalaşdırmağa qadirdir.

44 filmi