Gürcüstan neft məhsullarının idxalını 31%-dən çox azaldıb
Biznes
- 21 sentyabr, 2020
- 07:29
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqustunda Gürcüstan 325 milyon ABŞ dolları dəyərində neft və neft məhsulları tədarük edib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.
Hesabat dövründə neft və neft məhsullarının Gürcüstanın ümumi idxalında payı 6,6% olub. Ötən ilin analoji dövrü ilə müqayisədə qonşu ölkə bu məhsulların idxalını 31,4% azaldıb.
8 ay ərzində Gürcüstanın idxal etdiyi təbii qazın dəyəri isə illik müqayisədə 11,5% azalaraq 179 milyon ABŞ dolları təşkil edib.
Hesabat dövründə neft və neft məhsulları qonşu ölkənin II, qaz isə V əsas idxal məhsulu olub.
Son xəbərlər
01:42
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb
Digər ölkələr
01:17
Krakovda atışma törədən şəxsin evində üç nəfərin meyiti aşkarlanıb
Digər ölkələr
01:01
Polşada iki günlük matəm elan edilib
Digər ölkələr
00:55
Video
Şahbuzun dağ kəndlərinə qar yağır
Ekologiya
00:33
İsrail Prezidenti hökuməti formalaşdırmağı Qadi Ayzenkota həvalə edəcək
Digər ölkələr
00:07
Bakıda keçirilən yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib
Daxili siyasət
00:00
Bu gün Azərbaycanda Zəfər Günüdür
Daxili siyasət
00:00
Foto
Şuşanın azad olunmasından 6 il ötür
Qarabağ
23:56
Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır
Daxili siyasət