Gürcüstan Azərbaycandan sement idxalını 23,7% artırıb
Biznes
- 20 may, 2019
- 08:03
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Gürcüstana 113 887,6 ton sement ixrac olunub.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.
Qonşu ölkənin Azərbaycandan idxal etdiyi sementin ümumi dəyəri 6 mln. 455,1 min dollar təşkil edib.
İllik müqayisədə Azərbaycandan Gürcüstana idxal olunmuş sementin həcmi 21 887,2 ton və ya 23,7%, məbləğ baxımından isə 1 mln. 743,3 min dollar çoxdur.
Ötən ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 4 mln. 711,8 dollar dəyərində 92 000,4 ton sement alıb.
Son xəbərlər
11:01
Azərbaycanda bəzi hallarda sürücülük vəsiqəsi dövlət rüsumu alınmadan dəyişdiriləcək
Maliyyə
11:00
Nazirlər Kabinetinin saxlanılması xərcləri 33 %-dən çox artırılır
Maliyyə
11:00
Milli Məclisin saxlanılması xərcləri 39 % artırılır
Maliyyə
11:00
"İrşad"da Zəfər Gününə özəl "Şad Günlər" kampaniyası başlayır!
Biznes
10:58
Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsüm başlayır
Komanda
10:57
Aygün Əliyeva: QHT-lərə dövlət dəstəyi sistemi müasir çağırışlara uyğun və nəticəyönümlü olmalıdır
Daxili siyasət
10:55
Lu Mey: Azərbaycan və Çinin münasibətləri dinamik inkişaf edir
Xarici siyasət
10:55
Ermənistan və Britaniya 2026-2027-ci illər üçün müdafiə əməkdaşlığı proqramını razılaşdırıb
Region
10:50
Səfir: Çin Azərbaycanın AQEM-də sədrliyinin davam etdirilməsini dəstəkləyir
Xarici siyasət