Culfadakı "Gülüstan" qum-çınqıl yatağı icarəyə verilib
Biznes
- 06 noyabr, 2025
- 17:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən "Gülüstan" qum-çınqıl yatağı hərrac yolu ilə icarəyə verilib.
"Report"un yerli bürosu xəbər verir ki, yer təkinin istifadəyə verilməsi üzrə hərracı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Hərracların Təşkili Mərkəzi yerli Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə təşkil edib.
Hərracda başlanğıc qiyməti 34 min manat olsa da, yekunda 100,5 min manat olub.
Hərrac ölkə Prezidentinin 23 oktyabr 2003-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "Yer təkinin istifadəyə verilməsi üzrə hərracların (auksion və müsabiqələrin) keçirilməsi" Qaydalarına uyğun həyata keçirilib.
Son xəbərlər
07:26
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Ər-Riyad üzərində PUA-nı vurub
Digər ölkələr
06:45
"İnter Mayami" MLS-də "Nyu-York Red Bulls"a məğlub olub
Futbol
06:07
Tramp: "Audi" ABŞ avtomobil zavodunun tikintisinə 4,2 milyard dollar investisiya yatıracaq
Digər ölkələr
06:03
İran ABŞ gəmilərinin Fars körfəzinə girməsinə icazə verməyəcəyini bildirib
Region
05:38
Yaponiya sahillərində güclü zəlzələ olub
Digər ölkələr
05:09
ABŞ-nin müttəfiqləri "Starlink" peyk şəbəkəsindən asılılığı azaltmaq niyyətindədirlər
İKT
04:47
Türkiyədə onlarla qanunsuz miqrant saxlanılıb
Region
04:30
Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər
Sağlamlıq
03:52
"Bloomberg": İran ABŞ-nin yeni hücumlarına hazırlaşır
Region