"Bravo" böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi
- 25 noyabr, 2026
- 18:02
Yeniliklərdən dərhal xəbərdar olun!
25 noyabr 2026-ci il tarixində "Bravo" supermarketlər şəbəkəsi aparıcı brendlərin və biznes tərəfdaşlarının iştirakı ilə xüsusi görüş təşkil edib. Tədbirin əsas məqsədi tərəfdaşlarla əməkdaşlıq imkanlarını genişləndirmək, "Bravo"nun dijital və ənənəvi marketinq platformalarını təqdim etmək, həmçinin brendlərin istehlakçılarla daha effektiv kommunikasiya qurması və satış imkanlarını artırması üçün yeni əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Tədbirin açılışı "Bravo" supermarketlər şəbəkəsinin Baş icraçı direktoru Jaime Texeiranın çıxışı ilə başlayıb. Daha sonra Marketinq və Gəlir Artımı departamentinin direktoru Aynura Seyidova və Baş kommersiya direktoru Zaur Qarayev qonaqları salamlayaraq, tərəfdaşlarla əməkdaşlığın əhəmiyyətindən və 2027-ci il üçün nəzərdə tutulan strateji planlardan bəhs ediblər.
Görüş çərçivəsində iştirakçılara "Bravo"nun marketinq ekosistemi, mövcud kommunikasiya platformaları, reklam yerləşdirmə imkanları və gələcək əməkdaşlıq istiqamətləri haqqında ətraflı məlumat təqdim olunub. Təqdimat zamanı brendlərin daha geniş istehlakçı auditoriya əhatəsi üzrə əlaqə qurması, məhsulların tanıdılması, kampaniyaların effektivliyinin artırılması və alış qərarlarına təsir imkanları xüsusi diqqət mərkəzində olub.
Təqdimatın əsas istiqamətlərindən biri "Bravo" mobil tətbiqinin brendlər üçün təqdim etdiyi marketinq imkanları olub. Mobil tətbiq vasitəsilə müxtəlif müsabiqələrin, lotereyaların, interaktiv aktivliklərin və xüsusi kampaniyaların həyata keçirilməsi, brendlərin istehlakçılarla birbaşa əlaqə qurması, müştəri marağının artırılması və kampaniyalara cəlb olunması imkanları qonaqlara nümayiş etdirilib. Bu platformanın brendlər üçün yalnız məhsul tanıtımı deyil, həm də istehlakçı ilə interaktiv kommunikasiya və loyallığın təşviqi baxımından yaratdığı üstünlüklər diqqətə çatdırılıb.
Bununla yanaşı, "Bravo" mağazalarında brendlərin məhsul və kampaniyalarını alış-veriş mühitində daha effektiv şəkildə tanıtması üçün mövcud mağazadaxili reklam, endirim kataloqları, rəqəmsal marketinq platformaları və digər kommunikasiya kanal imkanları təqdim olunub.
Görüşdə vurğulanıb ki, "Bravo"nun təqdim etdiyi reklam platformaları tərəfdaşlara məhsullarını istehlakçının gündəlik alış-veriş təcrübəsinin müxtəlif mərhələlərində tanıtmaq, brend görünürlüğünü artırmaq, kampaniyaların əhatə dairəsini genişləndirmək və istehlakçı ilə daha yaxın kommunikasiya qurmaq imkanı yaradır. Müxtəlif reklam kanallarının birgə istifadəsi brendlərin marketinq strategiyalarını daha çevik, məqsədyönlü və effektiv şəkildə həyata keçirməsinə şərait yaradır.
Tədbir çərçivəsində tərəfdaşlarla mövcud əməkdaşlıqların inkişafı, yeni ideya və təşəbbüslərin müzakirəsi, eləcə də gələcək birgə layihələr üçün potensial imkanların müəyyənləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
"Bravo" üçün tərəfdaşlarla uzunmüddətli, etibarlı və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın qurulması strateji əhəmiyyət daşıyır. Bu görüş brendlərlə kommunikasiya və əməkdaşlığın yeni mərhələsinə keçid, birgə marketinq təşəbbüslərinin inkişafı və tərəfdaşlar üçün daha geniş biznes imkanlarının yaradılması istiqamətində mühüm addımlarıdan biridir.
"Bravo" – tərəfdaşlarının inkişaflı üçün imkan yaradan DOĞRU SEÇİMDİR.