Bakının əmlak bazarında 1 otaqlı köhnə və yeni tikililərdə mənzillərin qiyməti artıb
- 03 may, 2024
- 13:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin aprel ayında Bakının daşınmaz əmlak bazarında köhnə tikililərdə 1 otaqlı mənzilin qiyməti (1 kvm-ə görə) ötən ilin müvafiq dövrü ilə müqayisədə ortalama olaraq 10,8 % artıb.
Bu barədə “Report”a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, ötən ay paytaxtda yeni tikililərdə 1 otaqlı mənzilin qiyməti isə (1 kvm-ə görə) ötən ilin eyni ayı ilə müqayisədə ortalama 14,4 % artıb.
O bildirib ki, Bakıda 1 otaqlı mənzilin qiyməti köhnə tikililərdə ən çox Nəsimi rayonunda bahalaşıb. Bu rayonda bahalaşma ötən ilin eyni ayı ilə müqayisədə 10,8 % artıb. Yeni tikililərdə isə qiymət artımı illik müqayisədə 15 %təşkil edib.
Bakının Nizami rayonunda 1 otaqlı mənzilin qiyməti köhnə tikililərdə hər 1 kvm-ə görə 11,5 %, yeni tikililərdə 17,2 % artıb. Qaradağ rayonunda hər 1 kvm-ə görə 4,9 % (yeni tikililərdə 8,5 %), Sabunçu rayonunda 7,7 % (yeni tikililərdə 10,9 %), Səbail rayonunda 12 % (yeni tikililərdə 17,9 %) olub.
Bundan başqa, bu müddət ərzində Suraxanı rayonunda 1 otaqlı mənzilin qiyməti köhnə tikililərdə 6,5 % (yeni tikililərdə 9,9 %), Xətaidə 13 % (yeni tikililərdə 16,3 %), Yasamalda 11 % (yeni tikililərdə 11 %), Binəqədi rayonunda 8,3 % (yeni tikililərdə 18 %) təşkil edib.
Həmçinin, Nərimanov rayonunda 1 otaqlı mənzilin qiyməti köhnə tikililərdə hər 1 kvm-ə görə 12,7 %, yeni tikililərdə isə 14,4 % artıb.