Bakıdakı “Fındıq yetişdirilməsi və emalı əmlak kompleksi” 50% güzəştli qiymətlə yenidən hərraca çıxarılıb

Biznes
  • 01 may, 2018
  • 04:55
Bakıdakı “Fındıq yetişdirilməsi və emalı əmlak kompleksi” 50% güzəştli qiymətlə yenidən hərraca çıxarılıb

Bakı. 1 may. REPORT.AZ/ Mayın 7-də, Respublika Əmtəə və Xammal Birjasında “Fındıq yetişdirilməsi və emalı əmlak kompleksi”nin satışı ilə bağlı yenidən hərrac keçiriləcək.

“Report” xəbər verir ki, hərrac açıq formada, saat 11:00-dan 17:00-da qədər, Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 156 (20A), 1933-cü məhəllə ünvanında olacaq.

Əmlak kompleksinin hərrac qiyməti ilkin qiymətindən 50% aşağı – 18,872 mln. manat təşkil edir. Kompleksin tərkib hissəsi kimi torpaq sahələrinin dəyəri 5 268 301 manat, binalar, tikililər və tamamlanmamış tikilinin dəyəri 9 475 413 manat, nəqliyyat vasitələri, texnika və avadanlıqlar, digər aktivlər isə 4 128 285 manatdır.

Beh satış qiymətinin 10%-i qədər sifarişçinin depozit hesabına 01/02 D nömrəli lot üzrə köçürülməlidir. Fiziki şəxslər şəxsiyyət vəsiqəsi, hüquqi şəxslər təsis sənədləri əsasında əmlak kompleksini, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər isə kompleksə daxil olan torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Hərracı udmuş şəxs alış qiymətini 10 iş günü müddətində sifarişçinin depozit hesabına ödəməlidir. Hərracın keçirilmə qaydası ilə www.aqrarkredit-emlak.az saytından tanış olmaq mümkündür.

Xatırladaq ki, “Fındıq yetişdirilməsi və emalı əmlak kompleksi” vaxtilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən götürülmüş iri məbləğli kreditə görə girov qoyulub. Hazırda kompleks Bankın problemli aktivlərini idarə edən “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının balansındadır. 

44 filmi