Azərbaycanın Ukraynadan mal əti idxalına çəkdiyi xərc 39 % artıb

Biznes
  • 23 oktyabr, 2026
  • 17:33
Azərbaycanın Ukraynadan mal əti idxalına çəkdiyi xərc 39 % artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 36,17 milyon ABŞ dolları dəyərində 8 min 605 ton iribuynuzlu heyvan əti (təzə və yaxud soyudulmuş, dondurulmuş) idxal edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 28 %, kəmiyyət olaraq – 20 % çoxdur.

Hesabat dövründə Azərbaycan Ukraynadan 22,63 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 39 % çox) 4 min 474 ton (+17,4 %), Braziliyadan 7 milyon ABŞ dolları dəyərində (+31 %) 2 min 675 ton (+47 %), Belarusdan 3,82 milyon ABŞ dolları dəyərində (+2,2 %) 774 ton (-7,6 %), Hindistandan 1,52 milyon ABŞ dolları dəyərində (-31 %) 495 ton (-12,7 %), Rusiyadan 560 min ABŞ dolları dəyərində (+61 %) 124,5 ton (+3 dəfə) məhsul alıb.

2025-ci ildə Azərbaycana idxal edilmiş 13 min 150 ton mal ətinin 53 %-i Ukraynanın, 26,4 %-i Braziliyanın payına düşüb.

44 filmi