Azərbaycanın biznes nümayəndələri Hindistana səfər edəcək
- 01 iyul, 2019
- 12:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın biznes nümayəndələrinin Hindistana səfəri nəzərdə tutulur.
"Report" xəbər verir ki, bunu AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, sözügedən səfər ya ixrac missiyasının təşkili, yaxud da biznes forumun Hindistanda keçilməsi formatında baş tuta bilər: "Bu, müzakirə predmetidir. Həmin səfərin 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlində reallaşmasını düşünürdük. Lakin bu məsələ həm də Hindistandan asılıdır".
O, növbəti Azərbaycan-Hindistan hökumətlərarası komissiyanın iclası ilə bağlı da danışıb və əlavə edib ki, iclasın bu ilin sonunda Hindistanda təşkil olunacağı gözlənilir, bu istiqamətdə danışıqlar aparılır.
O əlavə edib ki, avqustda Bakıda növbəti işgüzar görüş keçiriləcək və bu istiqamətdə danışıqlar aparılır.