Azərbaycanda son 6 ildə qeyri-neft-qaz ixracı 2,5 dəfə artacaq

Biznes
  • 04 noyabr, 2026
  • 12:11
Azərbaycanda son 6 ildə qeyri-neft-qaz ixracı 2,5 dəfə artacaq

Azərbaycanda 2026-cı ilin gözlənilən nəticəsi də nəzərə alınmaqla 2019-cu ildən bəri qeyri-neft-qaz ixracı 2,5 dəfə artacaq.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-ci ilin büdcə zərfinin müzakirəsində bildirib.

Onun sözlərinə görə, bu ilin 9 ayında Azərbaycan Dövlət Neft Fondunun qızıl əməliyyatları nəzərə alınmadan qeyri-neft-qaz ixracı 20,5 % artaraq 3,2 milyard ABŞ dollarına çatıb ki, bunun 60 %-i sənaye məhsullarıdır.

"Fondun qızıl əməliyyatları nəzərə alınmadan xarici ticarət saldosu 25 % artaraq 7,1 milyard ABŞ dolları profisitlə formalaşıb. Bu ilin oktyabrın 1-nə strateji valyuta ehtiyatları 2018-ci ilin sonu ilə müqayisədə iki dəfə artaraq 89,4 milyard ABŞ dollarına çatıb. Bu göstərici illik ümumi daxili məhsulun həcmini 20 dəfə üstələyir. Qeyri-neft-qaz özəl sektorunda əmək müqavilələrinin sayı da bu dövrdə təxminən iki dəfə artaraq ümumi əmək müqavilələrinin 56,5 %-ni təşkil edib".