Azərbaycan tütün və tütün məmulatlarının idxalına çəkdiyi xərci 30% azaldıb
Biznes
- 01 noyabr, 2020
- 11:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 61,5 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edib.
Dövlət Gömrük Komitəsindən (DGK) “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,95 milyon dollar və yaxud 29,7% azdır.
Hesabat dövründə tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 0,8%-ni təşkil edib.
9 ay ərzində Azərbaycan həmçinin 10,7 milyon dollar dəyərində tütün və onun sənaye əvəzedicilərini ixrac edib. Bu isə illik müqayisədə 642 min dollar və yaxud 5,7% azdır.
Hesabat dövründə tütün və onun sənaye əvəzedicilərinin ixracı ümumi ixracın 0,1%-i qədər olub.
Son xəbərlər
08:10
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Demokratlar Kanada mallarına qoyulan rüsumları ləğv etmək istəyirlər
Digər ölkələr
08:00
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Media
07:20
Yeni Zelandiya sahillərində onlarla qara delfin ölüb
Digər ölkələr
06:42
Tramp seçkilərdən sonra İranla bağlı ilk müşavirəni keçirib
Digər ölkələr
06:15
Sorğu: Makrona etimad səviyyəsi Ollandın antirekordundan da aşağı düşüb
Digər ölkələr
05:45
Egey dənizində zəlzələ olub
Region
05:26
"Reuters": Ukrayna və ABŞ-nin "Starshield"dən istifadə ilə bağlı müqaviləsinin müddəti 2027-ci ildə başa çatır
Digər ölkələr
04:57
Rubio: Vens prezident seçkilərində iştirak etsə, onu dəstəkləyəcəyəm
Digər ölkələr