Azərbaycan Tayvandan nişasta tədarük etməyə başlayıb

Biznes
  • 10 fevral, 2024
  • 06:05
Azərbaycan Tayvandan nişasta tədarük etməyə başlayıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana 1,1 milyon ABŞ dolları dəyərində 1 min 975 ton nişasta idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 18 %, kəmiyyət olaraq – 7 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 550 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 15 % azalıb) 1 min 217 ton (+2,2 %), Qazaxıstandan 257 min ABŞ dolları dəyərində (+66 %) 520 ton (+2 dəfə), Türkiyədən 162,4 min ABŞ dolları dəyərində (-45 %) 114 ton (-61 %), Belarusdan 32,5 min ABŞ dolları dəyərində (+80 dəfə) 35,2 ton (+438 dəfə), İrandan 26,7 min ABŞ dolları dəyərində (-79 %) 78 ton (-77 %) məhsul alıb.

Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Tayvandan (2,8 min ABŞ dolları dəyərində 0,4 ton) tədarük həyata keçirilib.