Azərbaycan Krasnoyarska qoz-fındıq, paxlalı bitkilər və meyvə-tərəvəz ixrac edib
- 09 sentyabr, 2022
- 08:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Krasnoyarsk diyarı üzrə idarəsi, bu ilin əvvəlindən bölgəyə 20,9 min tondan çox bitki məhsulu, 2,9 milyon ədəd kəsilmiş gül və tingin idxalına nəzarət edib.
"Report" bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.
Məlumata görə, ümumilikdə 4 mindən çox bitki məhsulu partiyası yoxlanılıb və karantin fitosanitar nəzarəti aktları verilib.
Hesabat dövründə Azərbaycan, Tacikistan və Özbəkistandan gətirilmiş 265 kq qoz-fındıq və paxlalı bitkilərə, həmçinin 15 kq çay və ədviyyatlara, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tailand, Ermənistan, Azərbaycan və Tacikistandan gətirilmiş 14,7 min ton meyvə-tərəvəz (ağ kələm, üzüm, pomidor, alma, xurma, yerkökü, Pekin kələmi, soğan, turp, limon və s.), Qazaxıstandan gətirilmiş 132 ton düyüyə, Ermənistandan gətirilmiş 8,3 ton göyərti məhsulları (nanə, reyhan və tərxun), Qırğızıstandan gətirilmiş 200 kq dərman bitkilərinin toxumu, Ekvador, Kolumbiya, İsrail, Tailand və Hollandiyadan gətirilmiş 2,6 milyon ədəd kəsilmiş gülə nəzarət həyata keçirilib.