Azərbaycan gömrükçüləri siqaretlər müsadirə edib
Biznes
- 04 oktyabr, 2021
- 09:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "DAF" markalı nəqliyyat vasitəsi saxlanılıb.
“Report”un komitəyə istinadən verdiyi məlumata görə, avtomobilin sürücüsü şifahi sorğu-sual olunub.
Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib.
Gömrük baxışı zamanı avtomobilin dartıcısı ilə qoşqusu arasında olan su qabının və hava filtirinin içərisində gömrük nəzarətindən gizlədilən 10 400 ədəd müxtəlif markalı siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
10:50
Səfir: Çin Azərbaycanın AQEM-də sədrliyinin davam etdirilməsini dəstəkləyir
Xarici siyasət
10:49
"İrşad"da Zəfər Gününə özəl "Şad Günlər" kampaniyası başlayır!
Biznes
10:43
Foto
NETTY 2026 ərizə qəbulu elan edilib
Media
10:43
Avropa çempionu olan Aysel Əhmədli: "Finala çıxanda özümdə daha çox inam hiss etdim"
Fərdi
10:31
"Sabah" yarımmüdafiəçisi Zinəddin Uld Xaledlə yolları ayırıb
Futbol
10:29
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
Xarici siyasət
10:26
Sosial şəbəkələrdə böhtan və təhqirlə bağlı məhkəməyə müraciətin forması açıqlanıb
Hadisə
10:23
Ağır cinayətlərə görə axtarışda olan şəxs Gürcüstandan Türkiyəyə deportasiya edilib
Region
10:23
DSMF: 10 ayda sosial sığorta haqları üzrə daxilolmalar 5,8 % artıb
Maliyyə