Azərbaycan bu il Türkiyədən 16 min tondan çox bitki toxumu alıb

ASK
  • 07 may, 2018
  • 06:45
Azərbaycan bu il Türkiyədən 16 min tondan çox bitki toxumu alıb
Report

Bakı. 7 may. REPORT.AZ/ "Azərbaycan toxuma olan tələbatını daxili istehsal hesabına ödəyə bilmir". 

"Report" xəbər verir ki, bunu Bakıda toxumçuluqla bağlı keçirilən Azərbaycan-Türkiyə biznes-forumunda kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

O, toxumçuluq sahəsində iki ölkə arasındakı əlaqələrdən də danışıb: "2017-ci ildə Azərbaycana 56 bitki üzrə 496 hibrid sınaq təqdim edilib. Bunun 35 bitki üzrə 163 hibrid sınağı Türkiyə mənşəlidir. Ötən il Azərbaycanda 45 bitki üzrə 175 hibrid sınaq dövlət qeydiyyatına alınıb, bunun da 13 bitki üzrə 22 hibrid sınağı Türkiyə mənşəlidir. Bu il isə 63 bitki üzrə 386 hibrid sınaq təqdim edilib. Bunun da 39 bitki üzrə 198 hibrid sınağı Türkiyə mənşəlidir. 

Bundan əlavə, bu il 31 bitki üzrə 113 hibrid sınaq dövlət qeydiyyatından keçib ki, bunun da 5 bitki üzrə 20  hibrid sınağı Türkiyə mənşəlidir. 2017-ci ildə Türkiyədən 6 351 ton bitki toxumu idxal olunub. 2018-ci ildə isə bu rəqəm 16 308 ton olub".