Aqrar Sığorta Fondu I yarımildəki fəaliyyətinin nəticələrini açıqlayıb
ASK
- 14 avqust, 2026
- 10:10
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Aqrar Sığorta Fondu 341 224 hektar əkin sahəsini sığortalayıb.
"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı 54 829 sığorta müqaviləsi bağlanılıb, 11 milyon 941 min manat sığorta haqqı toplanılıb, 458 milyon manatdan artıq sığorta təminatı verilib.
Bundan başqa, yanvar-iyun aylarında Fond 3 344 baş kənd təsərrüfatı heyvanını sığortalayıb. Bu müqavilələr üzrə 4 milyon 349 min manat sığorta haqqı toplanılıb və təsərrüfatlara 24,1 milyon manat sığorta təminatı verilib.
Beləliklə, 6 ay ərzində təsərrüfatlardan 16 milyon 291 min manat sığorta haqqı toplanıb, ümumi sığorta təminatı isə 482,4 milyon manat təşkil edib.
Son xəbərlər
08:11
Səudiyyə Ərəbistanı husilərin Ər-Riyad istiqamətində buraxdığı raketi zərərsizləşdirib
Digər ölkələr
08:00
Bakıda FIFA U-15 dünya çempionatı və festivalına start verilir
Futbol
07:55
İran ABŞ-nin hərbi gəmilərinin Fars körfəzinə daxil olmasına icazə verilməyəcəyini bəyan edib
Region
07:20
Tayvan sahillərində iki zəlzələ baş verib
Digər ölkələr
06:57
Fransada yeni etiraz aksiyalarına görə təhlükəsizlik tədbirləri gücləndiriləcək
Digər ölkələr
06:05
İran ordusunun komandanı qoşunları ən yüksək döyüş hazırlığı səviyyəsini saxlamağa çağırıb
Region
05:58
Polşa ABŞ-nin nüvə çəkindirmə proqramına qoşulmaq niyyətindədir
Digər ölkələr
05:28
ABŞ-də məxfi məlumatları sevgilisinə ötürən MKİ-nin podratçısı saxlanılıb
Digər ölkələr
04:58
Venesuelada neft hasilatında son illərin ən yüksək göstəricisi qeydə alınıb
Digər ölkələr